Отправка жалобы
Пожалуйста, сообщите нам причину, по которой страница https://top100vk.com/group/96715745/ должна быть проверена.
Нет ограничений
открытое
Сообщество не верифицировано администрацией ВКонтакте
У сообщества нет огня Прометея
96715745
azadliq.radiosu
AzadliqRadiosu
AzadlıqRadiosu – ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün AzadlıqRadiosunun verilişlərini dinləyir. AzadlıqRadiosunun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü ildə Almaniyadan, Münhen şəhərindən efirə çıxıb. 1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə AzadlıqRadiosu Münhendən Praqaya köçüb. AzadlıqRadiosu Çex Respublikasının paytaxtı Praqadakı yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. AzadlıqRadiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə əməkdaşlıq edir. 2004-cü ildən AzadlıqRadiosunun Bakıda da bürosu rəsmi fəaliyyət göstərir. AzadlıqRadiosu korporasiyası aşağıdakı dillərdə verilişlər yayımlayır: avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna. Eston, latış, Litva, polyak, slovak, macar və çex xidmətləri öz missiyalarını başa vurub, yayımlarını dayandırıblar. AzadlıqRadiosunun missiyası AzadlıqRadiosunun missiyası xəbərlər və ideyalar yaymaqla demokratik dəyərlər və institutları dəstəkləməkdən ibarətdir. Mərkəzi Avropadan tutmuş Sakit okeana, Baltik dənizindən Qara dənizə, Rusiyadan Mərkəzi Asiya və Fars körfəzinə qədər xalqlar despot – istibdad rejimlərdən qurtulmaq üçün mübarizə aparırlar. Onlar insan haqlarının pozulmasına və mərkəzləşdirilmiş iqtisadiyyata qarşı çıxır, etnik və dini zəmində qarşıdurmaları və regional münaqişələri həll etməyə, kütləvi informasiya vasitələrinin müstəqilliyinə nail olmağa çalışırlar. Bu regionda demokratik dəyərlər və azad bazar iqtisadiyyatına əsaslanan sabitlik bütün dünyada sülh əldə etməyin vacib şərtlərindəndir. AzadlıqRadiosu bu qənaətdədir ki, demokratiyanın əsas şərti yaxşı məlumatlandırılmış cəmiyyətdir. Adıçəkilən regionda alternativ radioyayımlar sahəsində təqribən 50 illik təcrübəsi olan AzadlıqRadiosu – - Obyektiv informasiyanı təmin edir. Həmçinin, demokratiyaya çatmaq və bazar iqtisadiyyatına keçmək yolunda daxili və regional problemlərin təhlili və müzakirəsinə şərait yaradır. - Demokratik dəyərləri dəstəkləmək
публичная страница
16+
СМИ
ограниченная
http://azadliq.org/
Сайт TOP100VK.COM НЕ собирает и НЕ хранит данные. За достоверность информации сайт ответственность не несет.
Пожалуйста, сообщите нам причину, по которой страница https://top100vk.com/group/96715745/ должна быть проверена.